İKT

“BlackBerry” “Facebook”, “WhatsApp” və “Instagram‍”ı məhkəməyə verdi
07 MART
173

“BlackBerry” “Facebook”, “WhatsApp” və “Instagram‍”ı məhkəməyə verdi

2018-03-07 12:25:00

Kanadanın “BlackBerry” şirkəti Kaliforniya məhkəməsinə ABŞ-ın “Facebook” korporasiyasına və onun törəmə strukturları olan “WhatsApp” messenceri və “İnstagram” sosial şəbəkəsinə qarşı iddia ilə çıxış edib. 
Fins.az xəbər verir ki, smartfon istehsalçısı cavabdehləri əqli mülkiyyət hüquqlarını pozmaqda günahlandırır. 
“BlackBerry”nin fikrincə, “Facebook” rəhbərliyi şirkətin “smartfon istehsalındakı innovasiyalarını” mənimsəyib. Belə ki, “WhatsApp” və “Instagram” əlavələrinin təkmilləşdirilməsi zamanı şirkətin təhlükəsizlik məsələləri ilə bağlı olan patentləşdirilmiş işləmələri, həmçinin istifadəçinin interfeysi və mobil cihazın akkumulyatorunun istismar müddətindən istifadə edib.
Cavabdehin nümayəndələri bu iddiaları inkar edirlər. “Facebook” korporasiyasında Kanada şirkətinin bu iddialarına sərt cavab veriləcəyinə söz veriblər. Amerika şirkətinin baş hüquq məsləhətçisinin müavini Pol Qreulun sözlərinə görə, bu iddia “BlackBerry”nin biznesinin messencerlər bazarında əsl vəziyyətini nümayiş etdirir.

© Lent.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9745
  • ₽ RUB
    0.0267