İKT

İlon Maskın kosmosdakı avtomobilinin şəklini çəkən astronom mükafat aldı
06 MART
425

İlon Maskın kosmosdakı avtomobilinin şəklini çəkən astronom mükafat aldı

2018-03-06 16:35:00

Həvəskar astronom Martin Maşkov Çexiya Astronomiya Cəmiyyətinin mükafatına layiq görülüb. 
Fins.az xəbər verir ki, onun bu mükafatı almasına səbəb bu ilin fevral ayında çəkdiyi ən yaxşı kosmik foto olub. Astronom İlon Maskın kosmosdakı avtomobilini çəkdiyi üçün mükafat əldə edib. 
Çexiya Astronomiya Cəmiyyətinin sədr müavini Pavel Suxanın sözlərinə görə, bu mükafat Maşkova Cəmiyyət üzvlərinin yekdil qərarı ilə verilib.
Qeyd edək ki, fevralın 10-da həvəskar astronom Yerdən aralanan “Tesla Roadster” avtomobilinin şəklini çəkmək imkanı əldə edib. Bu avtomobil ABŞ-ın “SpaceX” şirkətinin sahibi İlon Maska məxsusdur. 

© Lent.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+8°C
  • $ USD
    1.7000
  • € EUR
    2.0763
  • ₽ RUB
    0.0275