İKT

İstənilən səsi təqlid edən sistem
06 MART
242

İstənilən səsi təqlid edən sistem

2018-03-06 12:12:00

Çinin Baidu şirkəti insan səsini bütün analoqlarından daha yaxşı və sürətli təqlid edən neyron şəbəkəsini təqdim edib.

Fins.az xəbər verir ki, o, zəruri olduqda səsə lazımi aksent və çalarlar əlavə edərək, onu klonlaşdırır.

Yeni sistemin əsas xüsusiyyəti akustik məlumatları yüksək sürətlə analiz edə bilməsidir.

2017-ci ildə bu sistemin sələfi təqdim edilmişdi. Süni intellektə əsaslanan Baidu Deep Voice yeni səsin generasiyası üçün ilk materialın öyrənilməsinə 30 dəqiqə sərf edirdi.

Adobe VoCo sistemi səsi 20 dəqiqə, Kanada startapı Lyrebird 1 dəqiqə, Baidu-nun yeni texnologiyası isə bir neçə saniyə ərzində təqlid edir.

Bu innovativ texnologiyanın ticarət potensialı olduqca genişdir. Yeni sistemdən sevimli personajın səsi ilə danışan canlı elektron köməkçinin, uşağı anasının səsi ilə sakitləşdirən rəqəmsal dayənin və s. yaradılması üçün istifadə etmək olar. O, danışıq qabiliyyətini itirmiş insana ünsiyyət qurmaq imkanı verə bilər.

Lakin bu texnologiyadan məlumatların saxtalaşdırılması və dələduzluq məqsədilə də istifadə edilə bilər. Sifətin və hərəkətlərin klonlaşdırılması və konkret şəxsin iştirakı ilə videonun yaradılması artıq mümkündür.

Məsələn, biometrik identifikasiya sistemlərindən keçmək üçün görüntüyə səs əlavə etməklə şəxsin optimallaşdırılmış surətini almaq kifayətdir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9960
  • ₽ RUB
    0.0258