İKT

“Vivo” açılıb-bağlanan kameraya malik çərçivəsiz smartfonunu təqdim edib – VİDEO
06 MART
1285

“Vivo” açılıb-bağlanan kameraya malik çərçivəsiz smartfonunu təqdim edib – VİDEO

2018-03-06 11:02:00

Çinin "Vivo" şirkəti çərçivəsiz "Apex" smartfonunu rəsmən təqdim edib. Bu aparatın əsas özəlliyi açılıb-bağlanan ön kamerasıdır.
Smartfon ön paneldəki səthin 91%-ni tutan 5,99 düymlük OLED displey ilə təchiz edilib. Bu halda "Vivo Apex" cihazının alt çərçivəsinin qalınlığı 4,3 mm təşkil edir. Smartfon "Qualcomm Snapdragon 845" qabaqcıl prosessoru ilə işləyir.
Fins.az xəbər verir ki, "Half-Screen In-Display Fingerprint Scanning" texnologiyasını dəstəkləyən daxili barmaq izləri skaneri ekranın alt hissəsində yerləşdirilib.
Smartfonun 8 meqapiksellik təsvir ölçüsünə malik açılıb-bağlanan kamerası qurğunun yuxarı hissəsində yerləşdirilib və bir saniyədən az müddətdə açılır. Çəkilişdən sonra sensor öz yerinə geri qayıdır. Bu, "Apex" smartfonunun yaradıcılarına ön paneldə yerə qənaət etməyə və ekranın sahəsini artırmağa imkan verib.
Çin şirkəti martın ortalarında qeyri-adi smartfonun istehsalına başlamağı planlaşdırır. Lakin qurğunun çıxarılma müddəti və təxmini qiyməti haqda məlumat açıqlanmayıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0024
  • ₽ RUB
    0.0256