İKT

Mirşahinin televiziyası ilə bağlı iclas – Lisenziya verildi
05 MART
1525

Mirşahinin televiziyası ilə bağlı iclas – Lisenziya verildi

2018-03-05 17:02:00
Bu gün Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib. 
Fins.az xəbər verir ki, iclasda "REAL TƏHLİL İNFORMASİYA MƏRKƏZİ” Məhdud Məsuliyyətli Cəmiyyətinin peyk yayımı üçün lisenziya verilməsi barədə müraciətinə baxılıb.
Milli Televiziya və Radio Şurasının  qərarına əsasən "REAL TƏHLİL İNFORMASİYA MƏRKƏZİ” Məhdud Məsuliyyətli Cəmiyyətinə ixtisaslaşmış (xəbər) kanal kimi peyk yayımı üçün müddətsiz lisenziya verilib. 
Qeyd edək ki, "REAL TV"nin yaradıcısı Mirşahin Ağayevdir. Kanalın kollektivi arasında ANS-in tanınmış simaları da yer alıb.
© Bakupost
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0024
  • ₽ RUB
    0.0256