İKT

'Apple' bu il ən ucuz MacBook Air-i təqdim edəcək
05 MART
227

'Apple' bu il ən ucuz MacBook Air-i təqdim edəcək

2018-03-05 16:33:00

Məşhur analitik Ming-Chi Kuo xəbər verib ki, “Apple” şirkəti bu il çoxdandır yeni modelləri olmayan MacBook Air seriyasının geri dönüşünü reallaşdıracaq.

Təqdim olunacaq yeni MacBook Air modelinin əsas üstünlüyü isə onun qiyməti olacaq. Hal-hazırdfa şirkət yalnız köhnə ekrana, korpusa və yenilənmiş prosessora sahib MacBook Air 13 modelini satır. Şirkətin rəsmi online mağazasında sözügedən modelin qiyməti 1000$ təşkil edir. Analitikin verdiyi məlumata əsasən isə təqdim olunacaq yeni model daha ucuz qiymətə satılacaq.

Onun fikrincə bu üsulla şirkət bu il noutbookların satışını 10-15% yüksəldə biləcək. Şayiələrə əsasən yeni model MacBook Air 13-ün təqdimatı bu ay keçiriləcək. Həmçinin ondan əlavə iki yeni iPad modelinin də təqdim olunacağı gözlənilir. Çox güman ki, şirkət bu cihazlar üçün ayrıca bir tədbir təşkil etməyəcək və sadəcə olaraq yeni modelləri öz online mağazasına əlavə edəcək. Belə ki, keçən ilki iPad və qırmızı iPhone 7 modelləri ilə məhz bu cür hadisə baş vermişdi.

© Technote

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9921
  • ₽ RUB
    0.0273