İKT

“Microsoft” korlar üçün naviqator hazırladı
05 MART
187

“Microsoft” korlar üçün naviqator hazırladı

2018-03-05 15:28:00

ABŞ-ın “Microsoft” şirkəti telefonlar üçün “Soundscape” adlanan yeni əlavə yaradıb. 
Fins.az xəbər verir ki, bu əlavə gözdən əlil insanlara şəhərdə sərbəst olaraq hərəkət etməyə kömək edəcək. 
Yeni əlavə qulaqcıqla birgə işləyir və onun köməyi ilə istifadəçi ətrafda olan obyektlər barədə səsli bildirişləri eşidir. Artıq korlar ağ çubuqdan və ya onları müşayiət edən itlərdən texnoloji analoqun xeyrinə imtina edə biləcəklər. 
Proqramda bir sıra rejimlər nəzərdə tutulub. İstifadəçi konkret hədəf qura biləcək. Misal üçün, yeriyən zaman onlara küçələrin adları, küçə kəsişmələri və ya lazımi döngələr haqqında məlumatlar veriləcək. 
Hazırda “Soundscape” əlavəsi təkcə iOS cihazlarda aktivdir.

© Lent.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0024
  • ₽ RUB
    0.0256