İKT

“Amazon” ukraynalı mütəxəssislərin çalışdığı startapı $1 milyardar alır
05 MART
194

“Amazon” ukraynalı mütəxəssislərin çalışdığı startapı $1 milyardar alır

2018-03-05 15:20:00

ABŞ-ın “Amazon” online ticarət şirkəti baş ofisi Kaliforniyada yerləşən “Ring” startapını satın alır.

CNBC-yə istinadən xəbərə görə, “Ring” müşahidə kameraları və “ağıllı” zənglər istehsalçısıdır. Texnoloji məhsullar, o cümlədən obrazların tanınması texnologiyası Ukraynanın paytaxtı Kiyevdə hazırlanır. Kiyevdəki R&D (Research & Development) mərkəzində 300-dən çox mühəndis çalışır. Mərkəz bir neçə nəfərlə fəaliyyətə başlayıb və sürətlə böyüyüb.“Ring” daha öncə 209 milyon dollar sərmayə cəlb edib. Şirkətin bazar dəyəri 760 milyon dollar həcmində qiymətləndirilir.

“Amazon” – “Ring” sövdələşməsinin məbləği açıqlanmır, lakin “Reuters” bunun 1 milyard dollar təşkil edəcəyini xəbər verib. Nəticədə bu sövdələşmə “Amazon” tarixinin ən böyük alışlarından biri olacaq.

© Lent.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9658
  • ₽ RUB
    0.0267