İKT

Britaniyanın avtomobil markası smartfon təqdim edib
25 FEVRAL
331

Britaniyanın avtomobil markası smartfon təqdim edib

2018-02-25 14:11:00

Britaniyanın “Jaguar Land Rover” avtomobil markası “Bullitt Group” ilə birgə hazırlanmış “Android” mobil sisteminin idarəetməsi altında işləyən “Explore” adlı sukeçirməz smartfonu rəsmən təqdim edib.
Fins.az xəbər verir ki, yeni qurğunun özəlliyi sensoru əlcək və yaş barmaqların toxunuşuna reaksiya verən displeydir. Hələ ki nə “iPhone”, nə də “Samsung” smartfonunda belə xüsusiyyət mövcud deyil. Tutumlu akkumulyator smartfona şarjsız 2 günədək fasiləsiz işləməyə imkan verir, həm də “Adventure Pack” adlı əlavə paketin köməyi ilə iş müddətini 2 dəfə artırmaq olar.
“Explore” smartfonu, həmçinin zərbəyə davamlıdır. Hətta 1,8 metr hündürlükdən yerə düşməyə, ekstremal temperatura, yüksək rütubət və  titrəyişə dayanıqlıdır. Qurğunun qiyməti 600 avro təşkil edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9322
  • ₽ RUB
    0.0256