İKT

“Intel” 2019-cu ilə qədər 5G şəbəkəli noutbuklar buraxacaq
23 FEVRAL
381

“Intel” 2019-cu ilə qədər 5G şəbəkəli noutbuklar buraxacaq

2018-02-23 23:34:00

ABŞ-ın “İntel” şirkəti 5G rabitə şəbəkəsini dəstəkləyən noutbuklar üçün prosessorların tərtibatı ilə məşğuldur.
Fins.az-ın məlumatına görə, belə çipləri “Microsoft”, “Dell”, HP və “Lenovo” əldə edəcəklər.
Yeni şəbəkəni dəstəkləyən prosessorlar 2G, 3G və LTE dalğalarını da tuta biləcəklər. “Intel” bütün mövcud rabitə şəbəkələrini tuta biləcək universal çiplər istehsal etmək niyyətindədir. 
Bundan əvvəl isə bildirilib ki, “Android” üçün olan “Cortana” səsli köməkçiləri daha rahat olublar. İstifadəçilər xidmətin indi nə qədər rahat olduğuna təəccübləniblər. 
“Microsoft” korporasiyası isə bu rübün sonuna qədər “Snapdragon 835” prosessorlu “Windows 10” əməliyyat sisteminə malik kompüterlərin istehsalına başlayacaq. 

© Lent.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9424
  • ₽ RUB
    0.0256