İKT

Mask yeni layihəyə start verdi – QLOBAL İNTERNET
23 FEVRAL
192

Mask yeni layihəyə start verdi – QLOBAL İNTERNET

2018-02-23 09:44:00

Bu gün “SpaceX” şikəti Kaliforniyadakı Vandenberq hərbi hava bazasından internet yaymaq üçün nəzərdə tutulan, sınaq məqsədli iki peyki (“Microsat 2a” və “Microsat 2b”), eləcə də İspaniyanın radiolokasiya müşahidəsi üçün nəzərdə tutulmuş PAZ peykini daşıyan “Falcon 9” raketinin buraxılışını həyata keçirib.  

Fins.az xəbər verir ki, buraxılış “SpaceX”ın saytında canlı yayımlanıb. Buraxılış zamanı raketdə baş müqavimət sipərinin yeni versiyasından istifadə olunub. Şirkət onun yarısını xüsusi gəmi vasitəsilə “tutmaq” fikrindədir. 

İndiyədək start 3 dəfə təxirə salınmışdı.

“Microsat 2a” və “Microsat 2b” peykləri “SpaceX”ın “Starlink” adlı layihəsinin ilk elementləridir. Layihə Yerin bütün səthinə internet yaymaq üçün kosmosda bir neçə min peykdən ibarət qruplaşmanın yerləşdirilməsini nəzərdə tutur. 

“Starlink” layihəsi 2014-cü ildən işlənib hazırlanmağa başlayıb, lakin uzun müddət idi ki, onun haqqında heç nə eşidilmirdi. Çünki şirkət əsas diqqətini “Falcon 9” və “Falcon Heavy” daşıyıcı raketləri üzərində işə cəmləşdirmişdi. Layihəyə 10 milyard dollar sərf olunacağı bildirilir.

Xatırladaq ki, “SpaceX” şirkəti İlon Maska məxsusdur.   

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0067
  • ₽ RUB
    0.0272