İKT

“Apple” istifadəçilərə daha yaxşı yatmaqda kömək edəcək
22 FEVRAL
315

“Apple” istifadəçilərə daha yaxşı yatmaqda kömək edəcək

2018-02-22 14:26:00

ABŞ-ın “Apple” şirkətinin tərtibatçıları bildiriblər ki, yaxın zamanlarda yeni “Ağıllı” zəngli saat tərtibatını təqdim edəcəklər. 

Fins.az xəbər verir ki, bu “ağıllı” zəngli saat öz sahibinin yuxusuna nəzarət edəcək. Artıq bu tərtibatın ilkin şəkilləri şəbəkədə yayılıb.

Belə ki, yeni zəngli saat istifadəçinin orqanizmindən çıxan siqnalları tanıya biləcək və onun nə zaman böyrü üstə dönməli olduğunu müəyyən edəcək. Bundan başqa, “ağıllı” cihazın ekranında insan yuxusunun fazası və onun nəfəs alma tezliyi göstəriləcək. Mahiyyətcə onun funksiyaları məhdudlaşmayacaq. Tərtibatçılar ora bir çox başqa seçimlər də əlavə edəcəklər. 

“Apple” şirkəti isə bildirir ki, praktiki zəngli saat sayəsində istifadəçi öz yuxu rejimini qaydasına sala, dərmanlar və müalicə olmadan yuxusuzluqdan qurtula biləcək. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256