İKT

Tesla-nın bulud hesabı ələ keçirildi
21 FEVRAL
519

Tesla-nın bulud hesabı ələ keçirildi

2018-02-21 16:44:00

Kimliyi bəlli olmayan kiber qruplar Tesla-nın rəsmi Amazon bulud hesabını ələ keçirib.

Fins.az məlumat verir ki onlar bu hücumu kripto pul əldə etmək üçün həyata keçirib.

Belə ki, hücum nəticəsində Tesla-ya aid bəzi xüsusi məlumatlar da ələ keçirilib.

RedLock kiber təhlükəsizlik şirkətinin mütəxəssisləri Tesla-nın Amazon Web Services hesabının ələ keçirildiyi və kripto pul köçürmələri üçün istifadə edildiyini aşkar edib.

Tədqiqatçıları Tesla-nın BT infrastrukturunun təhlükəsizliyinin zəif olduğunu və cloud hesabına daxil olmaq üçün heç bir parol tələb olunmadığını bildirib. Şirkət hücum edənlərin bu boşluğu şirkətdən əvvəl kəşf etdiyini deyib.

Bildirilir ki, kibercinayətkarlar sistemə gizli bir şəkildə kripto proqramı yerləşdirib.

© Xeberler.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9424
  • ₽ RUB
    0.0256