İKT

Məşhur Swype tətbiqi bağlandı
21 FEVRAL
211

Məşhur Swype tətbiqi bağlandı

2018-02-21 10:38:00

Swype klaviaturası Symbian, Windows Phone, Android və iOS əməliyyat sistemləri əsasında çalışan smartfonlar üçün istifadəyə verilmiş məşhur tətbiq idi.

Bu tətbiq hamı tərəfindən sevilən swype tərzli mətn (T9-un yaxşılaşdırılmış versiyası) yazılışını istifadəçilərə təqdim edirdi. Bu rejimdə sözün yazılışı üçün istifadəçi barmağı ilə baş hərfdən son hərfə kimi zolaq çəkməli idi. Bu halda yüksək dəqiqlik də lazım deyildi. Bu cür yazı üsulunun bir çox pərəstişkarları var. Təkcə Googel Play-də sözügedən tətbiqi milyon dəfə almışdılar.

    Swype klaviaturasını hazırlamış “Nuance” şirkəti bildirib ki, layihə artıq bağlanıb. Onlar artıq sözügedən klaviatura tətbiqini yeniləməyəcəklər. Bu barədə Engadget saytı xəbər verib. Artıq indidən tətbiqin iOS versiyası App Store-dan yığışdırılıb. Lakin onu hələ də Google Play-də endirimlə almaq mümkündür. Klaviaturanın tərtibatçıları bildiriblər ki, onlar artıq klaviaturanı təkmilləşdirə bilmirlər və bundan sonra süni zəka texnologiyaları ilə məşğul olacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9960
  • ₽ RUB
    0.0258