İKT

'Xiaomi' gamerlər üçün smartfon hazırlayır
21 FEVRAL
158

'Xiaomi' gamerlər üçün smartfon hazırlayır

2018-02-21 10:25:00

“Xiaomi” “Nanchang Black Shark Technology” adlı yeni şirkət açıb və şayiələrə əsasən açılmış yeni şirkət gamerlər üçün smartfon istehsalı ilə məşğul olacaq.

Gamerlər üçün hazırlanacaq yeni smartfonun texniki göstəriciləri də internetə sızdırılıb. Belə ki, məşhur bençmark saytı olan AnTuTu-da Blackshark adlı smartfon barəsində məlumatlar əlavə olunub. Həmin məlumatlara əsasən yeni smartfon 8 nüvəli Snapdragon 845 prosessoru, 8 GB RAM və 32 GB daxili yaddaş ilə təchiz olunacaq.

Ekranın ölçüsü məlum olmasa da, o, 18:9 nisbətində olacaq və 2160x1080 piksel keyfiyyətinə sahib olacaq. Çox güman ki, onlar oyunlara ola biləcək yüksək yüklənmə səbəbilə bilərəkdən QHD+ keyfiyyətində ekranı seçməyiblər. Şirkətin smartfonu AnTuTu testindən 270.000 xal ilə keçib. Müqayisə üçün qeyd etmək lazımdır ki, Razer Phone adlı oyun smartfonu 100.000 xal aşağı göstərici təqdim edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0067
  • ₽ RUB
    0.0272