İKT

Hava vasitəsilə enerji toplayan batareya yaradılıb
20 FEVRAL
314

Hava vasitəsilə enerji toplayan batareya yaradılıb

2018-02-20 15:43:00

Massaçusets Texnologiya İnstitutunda çalışan alimlərin ixtirası akkumulyator və kənar enerji mənbələrindən istifadəyə son qoya bilər.

Fins.az xəbər verir ki, MIT komandası tərəfindən yaradılmış qurğu gecə-gündüz dəyişikliyi vaxtı temperatur tərəddüdündən istifadə edərək enerji hasil edir. İstilik rezonatoru kimi tanınan qurğu yüksək istilikkeçirmə xassəsi və güc təmin edən materialların birləşməsindən istifadə edir. Qurğunun özəyindəki mis və ya nikel köpüyü onun keçiricilik qabiliyyətini yüksəltmək üçün qrafen qatla örtülüb və anbar rolunu oynayan oktadekan maddəsi ilə doldurulub. Faktiki olaraq qurğunun bir tərəfi həmişə isti olur, digər tərəfi isə istiliyi saxlayır: yalnız ənənəvi metodla bu enerjini toplamaq qalır.

Qurğunun ilk nümunəsi yalnız 1,3 millivatlıq enerji hasil edib. Ancaq bu, kiçik datçik və ya rabitə sistemləri üçün kifayətdir.

Alimlər sözügedən qurğunun çıxış gücünü artırdıqları halda yenilik bir çox sahələrdə tətbiq edilə bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9230
  • ₽ RUB
    0.0255