İKT

“Android”in ən çox enerji sərf edən proqramları məlum oldu
20 FEVRAL
358

“Android”in ən çox enerji sərf edən proqramları məlum oldu

2018-02-20 13:01:00

Dünyanın ən böyük proqram təminatı müdafiəsi tərtibatçılarından olan “Avast” şirkətinin mütəxəssisləri “Android” əməliyyat sistemində çalışan smartfonların akkumulyatorlarını ən tez enerji sərf edən əlavələri müəyyən ediblər. 

Fins.az xəbər verir ki, ən “görməmiş” məhsulları “Samsung” şirkəti istehsal edir. Onun proqramları smartfonun enerjisinin ən tez boşalmasına imkan verən əlavələrin reytinqinin ilk üçlüyünü zəbt edib. 
Nəticədə birinci yeri “Samsung AllShare”, ikinci yeri “Security Policy Updates”, üçüncü yeri isə “ChatOn” proqramları tutublar. 
“Samsung”un əlavələrindən sonra mobil cihazlar üçün olan “Google Maps”, “WhatsApp” və “Facebook” kimi populyar əlavələr yer alıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9960
  • ₽ RUB
    0.0258