İKT

“Xiaomi”dən yeni smartfon: "Mi Mix S2" – VİDEO
19 FEVRAL
285

“Xiaomi”dən yeni smartfon: "Mi Mix S2" – VİDEO

2018-02-19 16:41:00

İnternetdə Çinin “Xiaomi” şirkətinin yeni “Mi Mix 2S” flaqman smartfonunun videosu yayılıb.

Fins.az-ın məlumatına görə, cihazın rəsmi təqdimatının Barselonada keçiriləcək “MWC 2018” sərgisində təşkili planlaşdırılıb.

Videoda yeni smartfonun üz hissəsinin aşağı tərəfi nümayiş etdirilir. Ön kameranın ekranın yuxarı sağ küncündə yerləşdiyi güman olunur. Baza funksiyaları (məsələn, “home”, “back”) aşağıdakı klavişlər vasitəsilə yerinə yetiriləcək

Ekranın diaqonalının 6 düym olacağı, cihazın “Snapdragon 845” Android-prosessoru ilə təchiz ediləcəyi gözlənilir. Operativ yaddaş 8 Gb, daxili yaddaş 256 Gb olacaq. Cihaz üz tanıma texnologiyası ilə də təchiz ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0067
  • ₽ RUB
    0.0272