İKT

“iPhone X”-in qiyməti 600 manatdan çox ucuzlaşdı – RUSİYADA
19 FEVRAL
1327

“iPhone X”-in qiyməti 600 manatdan çox ucuzlaşdı – RUSİYADA

2018-02-19 14:27:00

ABŞ-ın “Apple” şirkətinin “iPhone X” smartfonunun qiyməti Rusiyada satışa başladığı qiymətlə müqayisədə təxminən 20 min rubl və ya 602 manat ucuzlaşıb.
Fins.az-ın məlumatına görə, hazırda ötən ilin ən bahalı cihazlarından birini 64 min rubla və ya 1 926 manata əldə etmək mümkündür. 
Xatırladaq ki, 64 GB yaddaşa malik “iPhone X”-in baza modelinin qiyməti satışa başlanılan zaman 80 min rubl və ya 2 408 manat təşkil edirdi. Smartfonun ən bahalı versiyası isə 92 min rubl və ya 2 769 manat qiymətləndirilirdi. Hazırda onu cəmi 70 min rubla və ya 2 107 manata əldə etmək mümkündür.  
Bununla belə, rəsmi riyelterlər tərəfindən verilən 1 il zəmanət müddəti də saxlanılır. 
“iPhone 7” smartfonlarının qiyməti isə 40 faiz düşüb. Rusiya mağazalarında bu smartfonu 35 min rubla və ya 1 053 manata əldə etmək mümkündür. Onun ilkin qiyməti isə 57 min rubl və ya 1 716 manat təşkil edirdi. İstisna edilmir ki, “Apple” məhsullarının ucuzlaşmasına səbəb smartfon ətrafında istehlakçı ajiotajının azalması olub. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9292
  • ₽ RUB
    0.0255