İKT

Durov dollar milyarderi oldu
18 FEVRAL
400

Durov dollar milyarderi oldu

2018-02-18 17:26:00

“Telegram” messencerinin yaradıcısı Pavel Durovun sərvəti 1,7 milyard dollara çatıb. Bu hesablamanı “Forbes” aparıb.

“Messencer 1 milyard dollardan bahadır, onun yaradıcısı Pavel Durov isə dollar milyarderidir. İlkin qiymətləndirmələrə əsasən “Telegram”ın təsisçisinin sərvəti azı 1,7 milyard dollardır və yüksəliş imkanları hələ qalır”, – deyə “Forbes”un açıqlamasında bildirilib.

Xatırladaq ki, P. Durov “Forbes”un Rusiya ilə bağlı siyahısına ilk dəfə 2016-cı ilin aprelində düşüb. Onun sərvəti 600 milyon dollar həcmində qiymətləndirilib və o, Rusiyanın ən zəngin adamlarının sıralamasında 125-ci olub.

Qeyd edək ki, “Telegram” 2013-cü ildə yaradılıb. P. Durov messenceri 5 milyard dollara satmaq barədə təklifi rədd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9658
  • ₽ RUB
    0.0267