İKT

“Yandeks” pilotsuz avtomobilinin qarlı küçələrdə hərəkətini nümayiş etdirdi – VİDEO
18 FEVRAL
684

“Yandeks” pilotsuz avtomobilinin qarlı küçələrdə hərəkətini nümayiş etdirdi – VİDEO

2018-02-18 16:46:00

“Yandeks. Taksi” tərəfindən hazırlanan pilotsuz avtomobilin Moskvanın qarlı küçələri ilə hərəkətinin videosu yayılıb. 

Fins.az-ın xəbərinə görə, gəzintinin videosu “Yandeks”in bloqunda yerləşdirilib.

Hər ehtimala qarşı avtomobildə sürücü olub. Maşın fevralın əvvəlində güclü qar yağdıqdan sonra paytaxtın Xamnoviki rayonunda yola çıxıb. Şirkətdən bildiriblər ki, avtomobilə istənilən hava şəraitində, o cümlədən qarlı, buzlu yollarda rahat hərəkət etməyi öyrədəcəklər. Daha əvvəl avtomobili poliqonda sınaqdan çıxarılıb.

Qeyd edək ki, “Yandeks” pilotsuz avtomobil layihəsi işləyib hazırlayacağı barədə 2016-cı ilin sentyabrında məlumat yayıb. Şirkət “KamAZ”la bu barədə müqavilə imzalayıb. Prototip 2017-ci ilin mayında nümayiş etdirilib. “Yandeks.Taksi”nin PR bölməsinin müdiri Vladimir İsayev şəhərdə tıxac, qəza, sürət məhdudiyyəti, yol təmiri və digər şəraitdə necə hərəkət etmək lazım olduğunu anlamaq üçün “Yandeks.Naviqator”un anonim məlumatlarından istifadə etdiklərini söyləyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9960
  • ₽ RUB
    0.0258