İKT

Alimlər özübərpaolunan elektron dəri hazırladı
18 FEVRAL
203

Alimlər özübərpaolunan elektron dəri hazırladı

2018-02-18 16:44:00

ABŞ-ın Kolorado Universitetinin mütəxəssisləri elektron dərini toxunuşlara qarşı daha həssas olmağa imkan verən yeni texnologiyanı tətbiq ediblər.

Fins.az xəbər verir ki, süni dəriyə təzyiq, temperatur və rütubətin ölçülməsi üçün sensorlar inteqrasiya edilib.

Yeni ixtiranın əsasında xüsusi polimer dayanır. Alimlər polimeri gümüş nanozərrəciklərlə örtüblər ki, bu da məmulatı daha möhkəm etməyə imkan verib. Elektron dəri olduqca elastikdir və asanlıqla lazımi formanı alır. Yeni dərinin daha bir üstünlüyü də özünü bərpaetmə xüsusiyyətidir. Bu, ixtiranın uzun ömürlü olmasını təmin edəcək. Həmçinin elektron dəri tamamilə emal edilə bilər. Bunun üçün xüsusi məhluldan istifadə olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9658
  • ₽ RUB
    0.0267