İKT

Galaxy S9-un imkanlarını sərgiləyən reklam videoları təqdim olunub
15 FEVRAL
458

Galaxy S9-un imkanlarını sərgiləyən reklam videoları təqdim olunub

2018-02-15 16:21:00

  Təqdim olunmuş hər bir video yeni smartfonda olacaq özəlliklər barəsində məlumat verir. İlk videoda müxtəlif sürətli hərəkətlərin əks olunduğu kadrlar yer alıb. Gepard qaçır, quşlar uçur, insan boks torbasını yumruqlayır və s. Bu kadrlarla şirkət smartfonda olacaq slo-mo çəkilişini sərgiləyir. Beləliklə istifadəçi slo-mo rejimində bu cür videolar çəkib daha sonra onları detallı şəkildə izləyə biləcək.

İkinci videoda gecə çəkintisi əks olunub. Qızlar meşəyə çıxırlar və marala rast gəlirlər. Sonuncu kadrda maralın başı dairənin daxilində əks olunur. Bu anda fikir vermək olar ki, maralın başı arxa fondan daha parlaqdır. Bu isə çox güman ki, smartfonun əsas kamerasının dəyişilə bilən diafraqma funksiyasını əks etdirir.

 Sonuncu video isə müxtəlif emosiyaları göstərən gənc oğlana aiddir. Sonda onun üzü animasiyaya çevrilir. Bu isə çox güman ki, interaktiv 3D smayliklərin analoqudur. Onlar istifadəçinin üz mimikalarını smartfonun xüsusi sensorları vasitəsilə təkrar edəcəklər. Bu isə “Apple” şirkətinin Animoji funksiyasına bənzəyir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+7°C
  • $ USD
    1.7001
  • € EUR
    2.1335
  • ₽ RUB
    0.0302