İKT

“Samsung” köhnə telefonları emal edəcək - KOBALT ÇATIŞMIR
15 FEVRAL
435

“Samsung” köhnə telefonları emal edəcək - KOBALT ÇATIŞMIR

2018-02-15 12:53:00

Cənubi Koreyanın “Samsung” korporasiyası köhnə telefonların emalı ilə məşğul olmağı planlaşdırır. 

Fins.az “Bloomberg” agentliyinə istinadən məlumatına görə, şirkət akkumulyatorlardan kobalt çıxaracaq.

Qeyd edilir ki, belə qərar kobaltın ciddi şəkildə bahalaşması səbəbindən qəbul edilib. Bu maddə üçün qiymətlər 2017-ci ildə 235 faiz artıb. 

Mütəxəssislər belə bir dinamikanı bu materiala Konqoda vergilərin artması ilə bağlayırlar. Belə ki, bu ölkə dünya üzrə kobalt ehtiyatının 60 faiz sahibdir. 

Şirkət həmçinin tullantıların emalı ilə məşğul olan şirkətin səhmlərini əldə etmək niyyətindədir. “Samsung” şirkətində bu barədə hansı şirkətlərlə danışıqların aparıldığını açıqlamayıblar, ancaq “American Manganese Inc” və “Umicore SA.” şirkətlərinin adlarını çəkiblər.

Qərb KİV-i yazır ki, kobalt çatışmazlığından həmçinin “Volkswagen”, BMW və “Panasonic” şirkətləri də əziyyət çəkir. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258