İKT

“Amazon” dəyərinə görə “Microsoft”u ötdü – DÜNYA ÜÇÜNCÜSÜ
15 FEVRAL
243

“Amazon” dəyərinə görə “Microsoft”u ötdü – DÜNYA ÜÇÜNCÜSÜ

2018-02-15 12:39:00

ABŞ-ın “Amazon” online riteyleri ilk dəfə olaraq bazar dəyərinə görə “Microsoft”u geridə qoyaraq bu sahədə dünya liderlərinin ilk üçlüyünə daxil olub.

Fins.az NASDAQ birjasının məlumatına istinadən verdiyi xəbərə görə, 14 fevralda həyata keçirilmiş ticarət əməliyyatlarının yekunlarına əsasən Amazon”un bazar dəyəri 702,46 milyard dollar, “Microsoft”un bazar dəyəri isə 700,56 milyard dollar təşkil edib. Ticarət sessiyasının sonunda “Amazon”un bir səhminin qiyməti 2,6% artımla 1,451 dollar, Microsoft”un səhminin qiyməti isə 1,6% artımla 90,81 dollar olub

Hazırda kapitalizasiyasına görə dünya lideri “Apple” korporasiyasıdır – 849,24 milyard dollar. “Alphabet Holding” 744,73 milyardla 2-ci sıradadır.

Qeyd edək ki, “Amazon”un rəhbəri Ceff Bezos hazırda “Forbes”in versiyasına əsasən dünyanın ən zəngin adamıdır. Onun sərvətinin həcmi 105,1 milyard dollar dəyərində qiymətləndirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258