İKT

Lord Əhməd: “Petya virusu ilə kiberhücumları Rusiya həyata keçirib”
15 FEVRAL
162

Lord Əhməd: “Petya virusu ilə kiberhücumları Rusiya həyata keçirib”

2018-02-15 12:35:00

Böyük Britaniya hökuməti ötən il “NotPetya” kompüter virusu vasitəsilə həyata keçirilmiş irimiqyaslı haker hücumuna görə məsuliyyəti Rusiyanın boynuna qoyub.

Fins.az BBC-yə istinadən verdiyi xəbərə görə, bunu Britaniya Xarici İşlər Nazirliyinin dövlət naziri Lord Əhməd Uimbldonlu (Lord Ahmad of Wimbldon) deyib.   

“Böyük Britaniya hökuməti müəyyənləşdirib ki, “Not Petya” virusu vasitəsilə kiberhücuma görə Rusiya hakimiyyəti, xüsusən Rusiya hərbçiləri məsuliyyət daşıyır”, - deyə Lord Əhməd söyləyib. O bildirib ki, zərərli proqramın təsiri nəticəsində Avropa şirkətləri yüz milyonlarla funt-sterlinq itiriblər: “Kreml Rusiyanı Qərbə qarşı qoyub, baxmayaraq ki, bu yol yanlış yoldur. Biz Rusiyanı beynəlxalq birliyin məsuliyyətli üzvü olmağa çağırırıq. Bunun əvəzində isə onlar gizli şəkildə bu birliyi sarsıdırlar”.  

Qeyd edək ki, “NotPetya” virusunun yayılması 2017-ci il iyunun 27-də məlum olub. Əvvəlcə virus “Petya.A” kimi identifikasiya olunub, sonradan isə adı dəyişdirilib. Zərərli proqram təminatı şirkətlərin kompüterlərini klidiləyərək hər kompüterə görə 300 dollar ekvivalentində bitkoin tələb edib. Virus hücumundan ən çox zərər çəkən ölkə Ukrayna olub. Bu ölkənin hökuməti, eləcə də Borispol hava limanı, “Ukrpoçta”, “Ukrtelekom”, İnfrastruktur Nazirliyi, banklar və digər strukturlar kiberhücuma məruz qalıb. Rusiyanın bir sıra bankları da virusdan zərər çəkib. Daha sonra virus Böyük Britaniya, İtaliya, ABŞ, Çexiya, Almaniya və digər Qərb ölkələrinə yayılıb. Kiberhücumdan zərər çəkən iri şirkətlər arasında “Durex” prezervativləri, “Strepsils” dərman preparatı və “Dettol” antiseptiklərinin istehsalçısı olan məşhur “Reckitt Benckiser” firması da olub.

Bu ilin yanvarında “The Washington Post” qəzeti ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinə (CİA) istinadən Ukraynaya kiberhücumun arxasında Rusiya Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (QRU) dayandığı haqda xəbər yayıb. Ötən həftə ABŞ Konqresi Ukraynanın kibermüdafiəsi barədə xüsusi qanun qəbul edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9978
  • ₽ RUB
    0.0273