İKT

2018-ci ilin “iPhone”larının qiyməti məlum oldu
14 FEVRAL
1177

2018-ci ilin “iPhone”larının qiyməti məlum oldu

2018-02-14 12:40:00

“Apple” şirkəti 2018-ci il payızın əvvəlində üç ədəd yeni “iPhone” smartfonunu təqdim etməyi planlaşdırır. 
Fins.az xəbər verir ki, ənənəyə əsasən, 2018-ci ilin cihazları hələlik tam olaraq açıqlanmır.

Ancaq məlumdur ki, bu modellərin əsas özəlliyi “Super Retina” çərçivəsiz ekranı olacaq. Həmçinin smartfonların üz skaneri olacaq və naqilsiz enerji doldurulmasını dəstəkləyəcəklər. 

Şəbəkədə artıq 2018-ci ildə istehsalı nəzərdə tutulan “iPhone”ların qiymətləri də dərc edilib. Tanınmış analitik Fil Cons “Apple” şirkətinin qiymət siyasətindən danışıb. Onun proqnozlarına əsasən, 6,1 düym həcmli İPS ekranlı smartfon 800-950 dollar qiymətində olacaq. 5,8 düym ölçülü OLED ekranlı smartfon 950-1100 dollar qiymətində olacaq. 6,5 düymlük OLED ekranlı “iPhone” isə 1100-dən başlayaraq 1250 dollar qiymətində satılacaq.  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9635
  • ₽ RUB
    0.0257