İKT

Hansı ekran ölçüsünə malik smartfonlar daha populyardır?
14 FEVRAL
142

Hansı ekran ölçüsünə malik smartfonlar daha populyardır?

2018-02-14 10:48:00

Tanınmış “DeviceAtlas” analitik agentliyinin mütəxəssisləri xüsusi olaraq tələbatın araşdırması çərçivəsində 2017-ci ilin nəticələrinə görə ən populyar smartfon diaqonalını müəyyən ediblər. 
Fins.az-ın məlumatına görə, nəticədə o qənaətə gəliblər ki, 5,5 düym həcmli diaqonal ekrana malik smartfonlar dünyada ən tələbatlı smartfonlar kimi qəbul ediliblər. 
Bu reytinqdə ikinci yeri 4 düym ekranlı cihazlar tutublar. İlk üçlüyü isə bu gün üçün ən böyük həcmli ekran sayılan – 5,7 düym displeyli smartfonlar qapayıb. 
Qeyd etmək lazımdır ki, Rusiya bazarında da “iPhone 7 Plus” və ya “iPhone 8 Plus” kimi 5,5 düym həcmli ekrana malik smartfonlara böyük tələbat müşahidə edilir. 

© Lent.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0069
  • ₽ RUB
    0.0273