İKT

“Google” təhlükəsizlik mütəxəsisləri və hakerlərə 2,9 milyon dollar ödəyib
12 FEVRAL
249

“Google” təhlükəsizlik mütəxəsisləri və hakerlərə 2,9 milyon dollar ödəyib

2018-02-12 11:02:00

Nəhəng texnoloji şirkətlər aşkar edilmiş boşluqlara görə təhlükəsizlik mütəxəssislərinin mükafatlandırılması proqramını dəstəkləyir. Ötən il “Google” korporasiyası təhlükəsizlik mütəxəssisləri və hakerlərə 2,9 milyon dollar ödəyib.

Aşkar edilmiş boşluqlara görə mükafatlar onun tipindən və sərf edilmiş vaxtdan asılı olaraq 500 -100000 dollar təşkil edə bilər. “Google” şirkətində iki əsas proqram mövcuddur: “Vulnerability Research Grants Program” və “Patch Rewards Program”.  2017-ci ildə birinci proqram çərçivəsində mütəxəssislərə 125 min, ikinci proqram çərçivəsində isə ümumilikdə 50 min dollar ödənilib.

Bu il “Android Security Rewards Program” çərçivəsində “Pixel” telefonunda aşkar edilmiş boşluğa görə 112500 dollar məbləğində rekord mükafat ödənilib. “Google” boşluqların axtarışı üzrə proqrama malik yeganə şirkət deyil. Bütün texnologiya nəhəngləri, həmçinin “General Motors”, “Airbnb” və “Mastercard” kimi şirkətlər belə təşəbbüsü dəstəkləyirlər.

© ICTnews.az       

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9292
  • ₽ RUB
    0.0255