İKT

85 növ robot Pxençxan Olimpiyadasında
08 FEVRAL
234

85 növ robot Pxençxan Olimpiyadasında

2018-02-08 15:21:00

Cənubi Koreyanın Pxençxan şəhərində keçirilən XXIII Qış Olimpiya Oyunlarının obyektlərinə 85 müxtəlif növ robot cəlb edilib. Robot gidlər yarışmaların təqvimi barədə danışacaqlar. Ofisiant robotlar mətbuat mərkəzində içkilər paylayacaq, xadimə robotlar zibili yığışdıracaqlar. Bu barədə məlumatı Oyunların Təşkilat Komitəsindən bildiriblər.

Əsas diqqət isə Olimpiya məşəlinin estafetində iştirak edəcək robota yönələcək. Belə ki, o, əlində məşəl kərpic divara qədər gəlib və orada dəlik açaraq, məşəli insana ötürüb. Qeyd etmək lazımdır ki, ümumilikdə oyunlarda süni intellektə malik 11 növ müxtəlif köməkçinin iştirak edəcəyi gözlənilir.

© Lent.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9673
  • ₽ RUB
    0.0259