İKT

“3D” çap bazarında artım gözlənilir
07 FEVRAL
70

“3D” çap bazarında artım gözlənilir

2018-02-07 11:22:00

IDC” analitiklərinin proqnozuna görə, 2018-ci ildə dünyada “3D” çap üçün avadanlıq, material, proqram və xidmətlərin satış həcmi ötən illə müqayisədə 19,9% yüksələrək təxminən 12 milyard dollar təşkil edəcək, 2021-ci ilədək isə bu göstərici 20 milyard dollara yaxınlaşacaq.

Fins.az xəbər verir ki, “3D” çap texnologiyası əsasən diskret istehsalda tətbiq ediləcək; satış həcmində onun bazar payı 50%-i ötür. 2018-ci ildə tibbi müəssisələr “3D” çap texnologiyalarına 1.3 milyard dollar, təhsil sahəsi 974 milyon dollar, istehlak seqmenti isə 831 milyon dollar xərcləyəcək. 2021-ci ilədək istehlak seqmenti peşəkar xidmətlər və ticarət sahələrini geridə qoyacaq.

2018-ci ildə dünyada prototip, ehtiyat hissələri və yeni məhsulların detallarının istehsalına xərclərin 44%-i düşəcək. 2021-ci ilədək stomatoloji və digər tibbi məhsulların istehsalı müvafiq olaraq dördüncü və beşinci yerlərdə qərarlaşacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+6°C
  • $ USD
    1.7001
  • € EUR
    2.1060
  • ₽ RUB
    0.0301