İKT

Robotun sözləri naziri əsəbləşdirdi – VİDEO
07 FEVRAL
560

Robotun sözləri naziri əsəbləşdirdi – VİDEO

2018-02-07 10:54:00

Türkiyənin Bilgi Texnologiyaları Qurumu “Etibarlı İnternet Günü” adlı tədbir keçirib. Xüsusi proqramlanmış "Sanbot" adlı robot “Etibarlı İnternet Günü” haqqında iştirakçılara məlumat verib. Sonra nəqliyyat, dənizçilik və kommunikasiya naziri Əhməd Arslan çıxış üçün səhnəyə qalxıb. Ə. Arslan çıxış edərkən robot bir neçə dəfə müdaxilə edib və "Mən sənin dediklərini başa düşmürəm. Sən nədən danışırsan?" deyə reaksiya verib. Nazir bundan qəzəblənib. O, “robotun qafası qarışdı. Bunu kim idarə edirsə, bir tədbir görsün”, - deyib.

Robot dərhal səhnədən uzaqlaşdırılıb və kənarda yenidən formatlanıb. Nazir çıxışına davam edib. Hadisə sosial mediada müzakirə mövzusuna çevrilib. Türkiyəli istifadəçilər olayla bağlı satirik-yumoristik reaksiyalarını paylaşıblar.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0069
  • ₽ RUB
    0.0273