İKT

Telefonunuzun suya və toza dayanıqlılığını öyrənmək üçün mütləq fikir verin
06 FEVRAL
213

Telefonunuzun suya və toza dayanıqlılığını öyrənmək üçün mütləq fikir verin

2018-02-06 17:53:00

iPhone X, iPhone 8, Galaxy S8, Sony Xperia XZ1 ve Apple Watch 3 kimi cihazlar suya və toza dayanıqlı iddiası ilə müştərilərə təqdim olunur. Lakin bu telefonların hamısı eyni “IP”(“ingress protection” /giriş qoruması) balına sahib deyil. “IP” yad cisimlərin cihazın içərisinə nə qədər daxil ola biləcəyini bildirir. Buna görə də İP hərflərindən sonra gələn rəqəmə mütləq diqqət yetirilməlidir. İlk rəqəm toz,qum kimi qatı maddələrin telefonun daxilinə nə dərəcədə keçəcəyini göstərir. Birinci rəqəm kimi adətən 5 və ya 6 verilir. 5- toz girişinin tam əngəllənmədiyini,qısa dövrəyə qarşı tam qorunduğunu bildirir. Bəzən istehsalçı şirkət toz qoruması ilə bağlı rəqəmi açıqlamaq istəmədikdə onu X-la işarələyir. (IPX8)

IP hərflərindən sonra gələn ikinci rəqəm isə cihazın suya davamlılıq səviyyəsini göstərir. Burada ən yüksək bal 9-dur. IP ballar haqqında məlumatlar istehsalçı firmaların web səhifələrinə yerləşdirilir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+6°C
  • $ USD
    1.7001
  • € EUR
    2.1060
  • ₽ RUB
    0.0301