İKT

Azərbaycanda İnformasiya Məcəlləsi hazırlanacaq
06 FEVRAL
288

Azərbaycanda İnformasiya Məcəlləsi hazırlanacaq

2018-02-06 17:52:00

Azərbaycanda 5 mindən artıq çap mediası fəaliyyət göstərir”. Bunu Mətbuat Şurasının sədrinin müavini Müşfiq Ələsgərli “Jurnalistika və Dayanıqlı İnkişafın Məqsədləri” adlı təlimdə bildirib. Onun sözlərinə görə, ölkədə 3 mindən artıq da onlayn media fəaliyyət göstərir.

M.Ələsgərlinin sözlərinə görə, Azərbaycanda 1 milyon 200 min nəfərdən çox sosial şəbəkə istifadəçisi var. “Bununla yanaşı Azərbaycan əhalisinin 80 faizinin internetə çıxışı var. Azərbaycanda yaxın zamanlarda İnformasiya Məcəlləsi də hazırlanacaq”-deyə o əlavə edib. Müşfiq Ələsgərli mediada işıqlandırılan bəzi mövzular, o cümlədən intiharlar barəsində də danışıb.

Azərbaycan mediasında intihar məsələlərinin işıqlanmdırılması dəfələrlə müzakirə olunub. Lakin jurnalistika elə fəaliyyətdir ki, bu həm qanunvericiliklə, həm də peşə davranış kodeksi ilə tənzimlənir”.O qeyd edib ki, intihar, kriminal hadisələrinin işıqlandırılması zamanı detallara varmaq lazım deyil. “Məsələn, intihar hansı vasitə ilə olub, kriminal hadisə necə baş verib. Bunlar peşə davranış kodekslərində əksini tapıb”-deyə o bildirib. M. Ələsgərli bildirib ki, dinin özü də intihara pis baxır. “Bu məqam da mətbuat səhifələrində əksini tapmalıdır. Yəni intihara təşviq edən yox, ondan çəkindirən təqdimatlar edilməlidir”.

Modern.az

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9343
  • ₽ RUB
    0.0254