İKT

“iPhone X” zəngləri qəbul etmir
06 FEVRAL
465

“iPhone X” zəngləri qəbul etmir

2018-02-06 12:14:00

“iPhone X” qurğusunun sahibləri daxil olan zəng zamanı smartfonun heç bir reaksiya verməməsindən şikayət ediblər. İstifadəçilər çağırışı qəbul və ya ondan imtina edə bilmirlər.
Fins.az xəbər verir ki, istifadəçilər “Apple” şirkətinin texniki dəstək forumunda yazıblar ki, smartfon daxil olan zəng zamanı toxunuşlara reaksiya vermir və 10 saniyəlik donur. ABŞ şirkəti bu problem haqda xəbərdardır və onun həlli üzərində işləyir. İstifadəçilərdən biri məlumat verib ki, “Apple”ın servis mərkəzində onun smartfonunu yenisi ilə əvəz ediblər.
"Mən problemin məhz qurğu ilə bağlı olmasını düşünərək servis mərkəzinə müraciət etdim. Lakin mənə verilmiş yeni smartfonda da eyni problem mövcuddur. Problem proqram təminatı ilə bağlıdır. “Apple” şirkəti bu məsələni həll etməlidir, çünki bu, çox qıcıqlandırıcıdır" – problemlə üzləşmiş “iPhone X” sahiblərindən biri yazıb.

© ICTnews

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9459
  • ₽ RUB
    0.0259