İKT

“Android” sistemi üçün yeni təhlükə aşkar edilib
06 FEVRAL
187

“Android” sistemi üçün yeni təhlükə aşkar edilib

2018-02-06 11:05:00

Mütəxəssislər “Android” mobil əməliyyat sisteminin idarəetməsi altında işləyən qurğu sahiblərinə hücum edən yeni botnet aşkar ediblər. Bu haqda “Bleeping Computer” yazıb.

Fins.az xəbər verir ki, sözügedən botnet “Android” əməliyyat sisteminin vacib komponenti tərəfindən istifadə olunan və əsas funksiyalara giriş təqdim edən açıq portların axtarışına, həmçinin 5555 portuna hədəflənib. Qurğuya müdaxilə edən zərərverici proqram cihazı “Monero” kriptovalyutası əldə etməyə məcbur edir.

Botneti aşkar etmiş “QiHo 360” təşkilatında çalışan mütəxəssislərin sözlərinə görə, bu təhlükə “Android” sistemi ilə işləyən bütün qurğular üçün təhdiddir.

Mütəxəssislərin məlumatına görə, artıq təxminən 7400 qurğu yoluxdurulub, botnet isə sürətli templə yayılır. Zərərçəkmişlərin əksəriyyəti hələ ki Çin (təxminən 40%) və Cənubi Koreyanın (təxminən 30%) payına düşür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0016
  • ₽ RUB
    0.0276