İKT

Hakerlər “WhatsApp”dakı nasazlıqlardan qruplara daxil olur
12 YANVAR
167

Hakerlər “WhatsApp”dakı nasazlıqlardan qruplara daxil olur

2018-01-12 12:07:00

Almaniyalı mütəxəssislər “WhatsApp”da nasazlıq aşkar ediblər. 
Fins.az xəbər verir ki, bu nasazlıq vasitəsilə hakerlər qrup çatlarına daxil ola bilirlər. Bu mövzuda hesabatla onlar Sürixdə keçirilən “World Crytpo” konfransında çıxış ediblər.
Bundan başqa, məlum olub ki, cüzi çatışmazlıqlar “Threema” və “Signal” kimi digər mobil əlavələrin proqram kodunda da müəyyən edilib. Kriptoloqlar populyar “WhatsApp” messencerinin təhlükəsizlik sistemində külli miqdarda “çuxur” aşkar edilib ki, onların vasitəsilə hakerlər moderatorun təsdiqi olmadan qruplara daxil ola bilirlər. 
Bundan başqa, daha təcrübəli fırıldaqçılar çat istifadəçiləri arasında şəxsi məlumatlara çıxışları əldə edə bilirlər. Problem isə ondan ibarətdir ki, qrupa yeni üzvü server və moderator arasında əlaqə olmadan da daxil etmək mümkündür. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9906
  • ₽ RUB
    0.0276