İKT

Maye və maddələrin 3D-çapı üçün printer yaradılır
12 YANVAR
155

Maye və maddələrin 3D-çapı üçün printer yaradılır

2018-01-12 09:16:00

Rusiyalı alimlər maye və maddələrin 3D-çap üsulunu açmağı planlaşdırırlar.

Fins.az xəbər verir ki, onlar artıq bu planın reallığa çevirməyə imkan verən tərtibata malikdirlər. 

Uzun illərdir ki, Tomskun radio fizikləri mayelərin müasirləşdirilmiş ultrasəsli 3D-çapı  üzərində işləyirlər. Onların işləmələri ondan xəbər verir ki, artıq iki ildən sonra dünyaya sıçrayışlı 3D-çapı üsulu təqdim ediləcək. Bu sıçrayışın əsas xüsusiyyəti ondan ibarətdir ki, onu qaynar və ya kimyəvi aqressiv qarışıq maddələrdə istifadə etmək və ya tətbiq etmək mümkün olacaq.

Mütəxəssislər artıq akustik sahədə kiçik hissəciklərin daha da yüngülləşdirilməsi üçün quraşdırılmasını nümayiş etdiriblər. Məhz onun köməyi ilə yeni 3D-çap yaradılması üzrə layihənin həyata keçirilməsi mümkün olacaq. Mütəxəssislər əmindir ki, hədəflərinə çatacaqlar. Onların sözlərinə görə, bu, 2020-ci ilə qədər zaman aparacaq, bunun üçün çoxlu əmək sərf olunacaq və onları heç də asan olmayan araşdırmalar gözləyir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9906
  • ₽ RUB
    0.0276