İKT

“iPhone X” sahiblərindən qəribə şikayət: Smartfon saçları yolur
11 YANVAR
411

“iPhone X” sahiblərindən qəribə şikayət: Smartfon saçları yolur

2018-01-11 16:20:00

Yeni “iPhone X” istifadəçiləri smartfonların onlara yaratdıqları yeni narahatlıqlara diqqət yetiriblər. 
Fins.az xəbər verir ki, bu dəfə insanlar ondan şikayətləniblər ki, telefonla saqqal və ya saçların tükləri cihazın çərçivəsi ilə displeyi arasındakı kiçik dəliklərdə ilişib qalırlar.
“iPhone X” sahiblərindən biri bildirib ki, bu olduqca ağrıdıcıdır. O, hətta telefon üçün xüsusi çexol da alıb ki, bu xoşagəlməz hislərdən yayınsın.
Qeyd etmək lazımdır ki, “Apple” məhsullarında buna bənzər problem bundan əvvəl də baş verib. Söhbət yeni korpuslu “iPhone 6” smartfonlarından gedir. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9326
  • ₽ RUB
    0.0255