İKT

Elektrotəyyarələrin sınaq uçuşlarına başlanıb
10 YANVAR
182

Elektrotəyyarələrin sınaq uçuşlarına başlanıb

2018-01-10 10:37:00

Avstraliya elektrik motorlu təyyarələrin sınaq uçuşlarına start verib. Bu barədə məlumatı “BBC.com” saytı yayıb. Bildirilir ki, elektrik təyyarələri Sloveniya mənşəli “Pipistriel” şirkətinə məxsusdur. “Pipistrel Alpha Electro” adı verilən elektrotəyyarələr tam batareya ilə havada, təxminən, 1 saat qala bilir. Bu müddətə əlavə olaraq 30 dəqiqəlik batareyalarda ehtiyat saxlanılır. Test uçuşları Avstraliyanın “Jandakot” hava limanında aparılır. Qeyd edək ki, “Alpha Electro”nun digər təyyarələrdən fərqi səmaya səssiz şəkildə yüksəlməsidir. Hazırda şirkətin məqsədi elektrotəyyarələrin havada uçuş müddətini və sərnişin tutumunu artırmaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9906
  • ₽ RUB
    0.0276