İKT

Finlandiyada dünyada ilk sosial şəbəkə lifti yaradılıb
09 YANVAR
147

Finlandiyada dünyada ilk sosial şəbəkə lifti yaradılıb

2018-01-09 13:56:00

Vantaadakı Myuyurmyaki ticarət mərkəzində (TM) quraşdırılmış liftin xüsusi ekranında bu ticarət mərkəzinə gələnlərin qeyd olunduğu sosial şəbəkələrdən mətnlər və fotoşəkillər nümayiş etdirilir.

Ekranda nümayiş etdirilən materiallar arasında Myuyurmyaki ticarət mərkəzinə gələnlərin İnstaqram fotoları və Feysbuk statusları var.

Layihə müəlliflərinin fikrincə, bu yenilik ticarət mərkəzinin müştəriləri arasında əlaqə yaratmalı, onların alış-verişini rahatlaşdırmalıdır. Satıcılar sosial şəbəkə liftinin köməyi ilə öz mallarını reklam etmək üçün yeni imkanları sınaqdan keçirirlər.

Vantaada quraşdırılmış lift dünyada bənzəri olmayan bir yenilikdir.

Myuyurmyaki ticarət mərkəzinin sahibi olan Citycon şirkəti gələcəkdə Finlandiyanın və Skandinaviyanın müxtəlif guşələrində daha bir neçə belə lift quraşdırmağı planlaşdırır.

Dünyada yeganə olan sosial liftdən çəkilmiş fotolar ilə tanış olmaq üçün bu həştəqə müraciət edə bilərsiniz: #myyrmannin_somehissi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+10°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0914
  • ₽ RUB
    0.0301