İKT

Instagram funksiyalarından biri WhatsApp-a gəlir
09 YANVAR
286

Instagram funksiyalarından biri WhatsApp-a gəlir

2018-01-09 09:10:00

Görünür, “Facebook” bir Stories paylaşımını hər 3 sosial şəbəkədə paylaşmaq imkanını istifadəçilərə vermək istəyir.

İstifadəçilər bildiriblər ki, şirkət cross-post Stories funksiyasının testini edir. Bu funksiya sayəsində Instagram-da paylaşılmış Stories paylaşımını birbaşa WhatsApp statusunda yerləşdirmək olacaq. Təqdim olunmuş fotoda Stories bölməsinin aşağı sol hissəsində yeni özəllik qeyd olunub. Beləliklə istifadəçilər Instagram-da Stories yaradandan sonra onu Facebook, Messenger və WhatsApp-da paylaşa biləcəklər. Bu, sözügedən platformalardan istifadə edən insanların işini rahatlaşdıracaq. Lakin eyni bir paylaşımı hər 3 platformanın ana səhifəsində görmək bir qədər bezdirici olmazmı?

© Banker.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+8°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0914
  • ₽ RUB
    0.0301