İKT

Ən yaxşı “Android” smartfonu məlum oldu
05 YANVAR
335

Ən yaxşı “Android” smartfonu məlum oldu

2018-01-05 16:01:00

Mütəxəssislər Çinin “Huawei Mate 10 Pro” smartfonunu “Andoid” bazasında işləyən ən müasir smartfon elan ediblər. 

Fins.az-ın verdiyi məlumata görə, “Android Authority” portalı tərəfindən keçirilən miqyaslı sınaqlarda müəyyənedici faktor texniki parametrlər, işləmə sürəti, qiyməti, həmçinin kamerasının işləməsi olub. Bununla belə, şəkillərin keyfiyyəti istifadəçilərin səs verməsi yolu ilə müəyyən edilib.

Təhlillərin nəticələrinə əsasən, “Huawei Mate 10 Pro” final mərhələdə 361 bal toplayıb. O, 354 bal toplayaraq ikinci yeri tutan Koreyanın “Samsung Galaxy Note 8” flaqman smartfonunu bir neçə xal qabaqlayıb. Üçüncü yeri 337 balla “OnePlus 5T” flaqmanı tutub. 

Bundan başqa, ən yaxşılarının siyahısına “Nokia 8”, “LG V30”, “Pixel 2 XL”, “Moto Z2 Force”, “Sony Xperia XZ1”, “Razer Phone” və “BlackBerry KEYone Black” kimi modellər də daxil edilib. 

©Lent.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9978
  • ₽ RUB
    0.0273