İKT

Çərçivəsiz Nokia 10 haqqında ilk məlumatlar sızdırıldı
05 YANVAR
245

Çərçivəsiz Nokia 10 haqqında ilk məlumatlar sızdırıldı

2018-01-05 09:37:00

AndroidCrunch mənbəsinin məlumatlarına əsasən bu ilin 3-cü rübündə “HMD Global” şirkəti çərçivəsiz Nokia 10 modelini təqdim edəcək.

Sızdırılmış məlumatlara əsasən Nokia 10 barmaq izi skanının inteqrasiya olunduğu ekrana, Face IDtexnologiyasına, Snapdragon 845 prosessoruna, Adreno 630 qrafik sürətləndiricisinə, 8 GB RAM-a və USB Type-C girişinə sahib olacaq. Həmçinin yeni smartfon ikili arxa kamera, Quick Charge 4.0+ texnologiyasını dəstəkləyən batareya, sudan və tozdan qorunan korpus ilə təchiz olunacaq. Beləliklə məlumata əsasən Nokia 10-nu suda 2 metr dərinliyə endirmək mümkün olacaq. Əgər bütün bu məlumatlar düz olsa, onda Nokia 10 rahatlıqla Galaxy S9, LG G7, HTC U12 və digər modellərlə rəqabət apara biləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9658
  • ₽ RUB
    0.0267