İKT

“WhatsApp”dan Yeni il rekordu: 75 milyard məlumat göndərildi
04 YANVAR
472

“WhatsApp”dan Yeni il rekordu: 75 milyard məlumat göndərildi

2018-01-04 17:31:00

“WhatsApp” messenceri Yeni ildə göndərilən və alınan ismarışların sayına görə rekord vurub.
Fins.az xəbər verir ki, dekabrın 31-də saat 12:00-dan 23:59-a qədər messencer vasitəsilə 75 milyard məlumat göndərilib. Bu, “WhatsApp” üçün rekord rəqəmdir. Məlumatlarda 13 milyard şəkil və 5 milyard ədəd video çarx əks olunub.  
Bununla bərabər, Yeni il gecəsi “Facebook”a məxsus messencerin işindən bir neçə şikayət də olub. Avropa və Amerikadan olan bəzi istifadəçilər işmarıc göndərə bilməyiblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9343
  • ₽ RUB
    0.0254