İKT

Bu il istifadəçiləri ilə vidalaşan texnologiyalar – SİYAHI
31 DEKABR 2017
541

Bu il istifadəçiləri ilə vidalaşan texnologiyalar – SİYAHI

2017-12-31 11:24:00

2017-ci ilə bizə bir çox yeni xidmət və texnologiya verdiyinə baxmayaraq bir çoxları da həyatımızdan çıxdı.

Fins.az 2017-ci ildə yolun sonun gələn texnologiya və xidmətlərin siyahısını təqdim edir:

Lily Drone

2015-ci ildə istifadəçini izləmək üçün yaradılan dron Lily 60 min istifadəçidən əvvəlcədən sifariş almasına baxmayaraq uğur qazana bilmədi.

3D televizorları

Son illərdə məşhur olan 3D televizorları da 2017-ci ilə vidalaşdığımız texnologiyalardır.

iPod Nano ve Shuffle

Təqdim edildikləri vaxt böyük marağa səbəb olab IPod Nano, Shuffle da uğur qazana bilmədi. Qeyd edək ki, bu il yalnız iPod Touch məhsullarının satışı davam etdi.

Yik Yak 

2013-cü ildə yaradılan anonim sosial şəbəkə Yik Yak bu il yolun sonuna gəldi. Bağlandığı günə qədər 73 milyon dollarlıq bir sərmayə almağı bacaran Yik Yak 400 milyon dollar səviyyəsinə çatdı.

 Vertu  

1998-ci ildə Vertu Nokia-nın bir qolu olaraq ortaya çıxdı və istehsal etdiyi lüks telefon modelləri ilə diqqət çəkə bildi. Mart ayında Hakan Uzan tərəfindən satın alınan Vertu 2017-ci ilin sonunda zavodunu bağladı.

Jawbone

Bir müddət Fitbit ilə birlikdə ən məşhur ağıllı biləkliklərdən olan Jawbone iyul ayında istehsalı dayandırmağa qərar verdi.

AOL Instant Messenger

AOL Instant Messenger 1997-ci ildə başlayan səfərini bu il başa çatdırdı.

Net Neutrality

Son zamanlarda geniş müzakirələrə səbəb olan Net Neutrality  Federal Communications Commission (FCC) tərəfindən qadağan edildi.

NES Classic Edition

Oyun dünyasında ən çox ikonik məhsullardan biri olan NES Classic Editio  2017-ci ildə yolun sonuna gəldi.

Nintendo NES Classic Edition konsolunun istehsalını apreldə dayandırdı. 

© Xeberler.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9423
  • ₽ RUB
    0.0253