İKT

Gələn ildən “WhatsApp” bəzi telefonlarda işləməyəcək
27 DEKABR 2017
260

Gələn ildən “WhatsApp” bəzi telefonlarda işləməyəcək

2017-12-27 14:51:00

 “WhatsApp” messenceri 2018-ci ildən bəzi əməliyyat sistemlərini dəstəkləməmək barədə qərar qəbul edib.

Məlumatda həmçinin deyilir ki, yanvarın 1-dən başlayaraq “WhatsApp” “Windows 8.0” və ondan da əvvəlki əməliyyat sisteminə malik smartfonlarda, eləcə də “BlackBerry OS” və yaxud “BlackBerry 10” markalı mobil telefonlarda işləməyəcək.

Bundan başqa, gələn ildən “WhatsApp” “Nokia S40”, 2020-ci ildən isə “Android 2.3.7” bazasında işləyən smartfonlara xidməti dayandırmağı planlaşdırır. 

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+6°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0949
  • ₽ RUB
    0.0300