İKT

2018-ci ilin digital (rəqəmsal) trendləri nələr olacaq? – Siyahı
28 DEKABR 2017
341

2018-ci ilin digital (rəqəmsal) trendləri nələr olacaq? – Siyahı

2017-12-28 09:14:00

ABŞ-ın reklam, marketinq, ictimaiyyətlə əlaqələr üzrə şirkəti “Ogilvy” 2018-ci ilin digital trendlərinə dair hesabatını açıqlayıb. Hesabatda 2018-də proqnozlaşdırılan hadisələr 5 ana başlıq altında qruplaşdırılıb. Şirkətin həmin proqnozundan bəzi nüansları Sizlərə təqdim edirik.

Artırılmış gərçəkliyin həqiqətə çevrilməsi

Artırılmış gərçəklik 2017-ci ilin texnologiyası deyil. Uzun zamandır ləng inkişaf edərək bu günə gəlib çatan texnologiyadır. Ancaq bu ilə qədər bu mövzuda çox da uğur əldə edilməmişdi. Hazırda isə güclü mobil tenologiyaların artması və artırılmış gərçəklik platformalarının güclənməsi ilə, bu platformalara daha kütləvi bir giriş mövcuddur.

“Snapchat”dan başlayan artırılmış gərçəklik texnologiyası “Facebook”, “Google”, “Apple”la daha da canlanır. Markalara isə bu mövzuda mütəxəssislərin fikirlərini bir an öncə almaq və artırılmış gərçəklik rüzgarını doğru şəkildə yaxalamaq məsləhəti verilir.

Mətnlər artıq barmaqlarla yazılmır

Texnoloji cihazlar artıq barmaqları istifadə edərək yazmaq əvəzinə daha az toxunuşla mətn yazma özəlliklərinə yönəlirlər. Səs və vizuallığın qarşılıqlı əlaqəsi ilə mətn yazabilməyə yönəlik həll yolları meydana gəlir. Səsli assistantları yüksəlişlərini yaşayarkən, internet axtarışlarında səsli axtarış funksiyası daha çox istifadə edilməyə başlanılıb. Texnologiya, fəqli dilləri, aksentləri, tələffüz zamanı kiçik fərqlilikləri anlamaq üçün gündən günə inkişaf edir. Səs və vizuallıq üzərindən axtarışları markalar üçün yeni bir təmas nöqtəsi olaraq görmək mümkündür. Xüsusilə bu sektor markalar üçün saysız-hesabsız imkanlar deməkdir.

“Influencer Marketinq”in Ortaq Faydaya Zərərləri

İnternet məkanında tək-tək meydana çıxan infuencer olaraq tanınan şəxslər marka və reklam agentliklərinin yeni mərkəzinə çevrildi. Xüsusilə “YouTube” və “Instagram”da görünən bu insanlar markalar ilə ortaq layihələr həyata keçirərək hədəf kütləyə fərqli və daha öncə mümkün olmayan çatdırılma yolları ilə təmin etdi. Ancaq sektordakı pis oyuncular, ya da pis olmasa da tez-tez reklam edən “influencer”lər marka sədaqətinin etibarlılığına və vədinə zərər verir.

Getdikcə populyarlaşan “influencer marketinq” fərd olaraq deyil bir məcra olaraq saxta görülmə təhlükəsi altındadır. Məcranın gücünü itirməsi də ortaq faydaya zərər vermə riski daşıyır. 2018-ci ildə bu bazarın böyüməyə davam edəcəyi və amma yavaş-yavaş problemlərin ortaya çıxması gözlənilir. Markaların bu yolda doğru strategiyalar ilə irəliləməsi və köhnə yolların yerinə fərqli və yaradıcı təsir etmə yolları kəşf etmələri lazım olacaq.

“Amazon”un Oyanışı

Bu gün “Google” və “Facebook” digital media xərclərinin 84%-i əllərində tutur. Bu isə qeyri-sağlam bazar mühitinə işarə edir. 2018-ci il üçün isə “Amazon” digital reklam sahəsindəki iki güc balansını qoruyacaq yeni oyunçu kimi görünür. Markaların bir az öncə “Amazon”un təklif etdiyi fərqli reklam imkanlarını kəşf etməsinə ehtiyac var.

Ciddi Şəkildə Ciddi Problemlər

Digital marketinq və intenet ümumi olaraq böyüyür. Bu böyümək ilə bərabər internetin qaranlıq üzü də daha çox ortaya çıxmağa başlayıb. Şəxsi məlumatlara hücum edilməsi, yanlış informasiyanın sürətlə yayılması, troller, dark veb, dövlətlərin əli ilə edilən hack əməliyyatları, reklam saxtakarlığı, hətta təhlükəsiz şifrəni tapmağın gedərək çətinləşməsi kimi problemlər hər kəs üçün çox risk deməkdir. Bu isə hökumətlərin diqqətini daha çox çəkməyə başlayıb.

2018-ci ildə mövzu ilə bağlı inkişaf gözlənilir və addımlar atılacaq. Bu mövzuda Avropa İttifaqının Məlumatların Təhlükəszliyi üzrə Xidməti buna nümunədir. Markaların xidməti fürsət olaraq görməsi və bunun gətirəcəyi yeniliklərə hazır olmalıdırlar. Eyni zamanda, öz tətbiqlərini daha şəffaf və etik hala gətirmələri şərtdir.

Mənbə: facemark.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258