İKT

“Nokia”dan rekord: 16 milyon telefon satıldı
26 DEKABR 2017
323

“Nokia”dan rekord: 16 milyon telefon satıldı

2017-12-26 16:59:00

“Nokia” brendinin hüquqlarına malik “HMD Global” korporasiyası bu ilin üçüncü rübündə gəlirlərinin ciddi şəkildə artdığını açıqlayıb. 
Fins.az-ın məlumatına görə, əgər birinci rübdə şirkət cəmi 1 milyon ədəd “Nokia” telefonu sata bilibsə, ikinci rübdə bu rəqəm 2,8 milyon ədəd olub. Üçüncü rübdə satışlar dəfələrlə artıb. 
Hazırda “Nokia” ən populyar mobil texnika istehsalçılarının siyahısında səkkizinci yeri tutub. Şirkət üçüncü rübdə 16 milyon ədəd nüsxə mobil cihaz satışını həyata keçirə bilib. Bununla belə, bir mühüm detalı xatırlatmaq lazımdır ki, “Nokia” bazara smartfonlar deyil, daha çox düyməli telefonlar çıxarır. 
“Android” bazasında işləyən cihazlar sırasında “Nokia 2”, “Nokia 3”, “Nokia 5”, “Nokia 6” və ancaq Çin bazarı üçün nəzərdə tutulan “Nokia 7”, həmçinin “Nokia 8” telefonları var. 

© Lent.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9343
  • ₽ RUB
    0.0254