İKT

3 yeni “Meizu” smartfonunun şəkilləri yayıldı
26 DEKABR 2017
210

3 yeni “Meizu” smartfonunun şəkilləri yayıldı

2017-12-26 16:49:00

“Meizu” öz pərəstişkarları üçün üç yeni model smartfon hazırlayıb.
Fins.az-ın məlumatına görə, TENAA-da “Meizu” şirkətinin hələ anonsu olmayan üç modeli haqqında məlumat dərc edilib. Onların hər biri “Blue Charm” brendi altında qeydiyyatdan keçib və adları 712M, M712C və 712Q kimi qeyd ediliblər. 
Məlum olub ki, onlar “Samsung”un “Exynos 7872” çipseti bazasında yaradılacaqlar. Həmçinin onlarda 18X9 tərəfləri olan 5,7 düymlük ekran da olacaq. 
Bundan başqa, insayderlər bildiriblər ki, bu smartfonlarda 2930 mA/saat gücündə akkumulyatorlar da olacaq. Həmçinin mütəxəssislər cihazların casus şəkillərini də əldə ediblər. Cihazların təxmini qiyməti 150 dollar təşkil edəcək.

© Lent.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0001
  • ₽ RUB
    0.0277